avro-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün azərbaycan futbol yığması millisi ilk ev oyununu keçirib.
milli.az-ın verdiyi xəbərə görə, ilk iki turu səfərdə keçirən və qapısından 9 top buraxan berti foqtsun yetirmələri türkiyə yığmasına əməllicə dirəniş göstərib. proqnozların əıksinə olaraq, qarşılaşmada sevinən tərəf azərbaycan millisi olub. 38-ci dəqiqədə millimiz künc zərbəsi zamanı ənənəvi taktikasından növbəti dəfə uğurla yararlanıb və rəşad sadıqovun zərbəsi qarşısıalınmaz olub: 1-0.
bununla da azərbaycan avro-2012-nin seçmə mərhələsində ilk xalqlarını qardaş türkiyədən alıb. türkiyə isə ikinci məğlubiyyətini alaraq, durumunu daha da ağırlaşdırıb.